Şəki-Qax avtomobil yolunda yük avtomobili piyadanı vurub

18:15 | 16 Oktyabr, 2019

Şəkidə rayonunda yük avtomobili piyadanı vurub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini İntizar Şəmiyev idarə etdiyi 24-BF-176 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Qeysəddinov Hüseyn Yunus oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.

Faktla bağlı araşdırma aparılır.