Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər

21:30 | 18 Oktyabr, 2019

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Qax şəhərində gənclərin iştirakı ilə yürüş və fləşmob keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində beş yüz nəfərdən çox fəal gənc, idmançılar əllərində üçrəngli Azərbaycan bayrağı Qax şəhərinin girişindəki Bayraq Meydanından şəhərin mərkəzində yerləşən istirahət parkına doğru istiqamət götürərək, Heydər Əliyev prospekti boyunca 1500 metr məsafə qət ediblər. Şəhər sakinləri gənclərin yürüşünü maraqla izləyiblər.

Yürüş şəhər parkında gənclərin hazırladığı fləşmobun nümayişi ilə başa çatıb.