Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

20:16 | 19 Oktyabr, 2019

Qax rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Saleh Qocayev və Xurşudbanu Natəvan küçələrinin kəsişməsində qeydə alınıb.

Bələ ki, Qum kəndinin sakini İntiqam Cəmil oğlu Mirzəyevin idarə etdiyi “VAZ 2104” markalı avtomobil rayon sakini Cuma Novruz oğlu Məmmədovun sükanı arxasında olduğu “Ford Transit” markalı yük avtomobili ilə toqquşub. Nəticədə VAZ-ın sürücüsü İntiqam Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.