Qaxın İlisu kəndinin yüksək dağlıq ərazilərinə qar yağıb

22:03 | 2 Noyabr, 2019

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında noyabrın 1-dən başlayaraq qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonu ərazisində yağmurlu hava şəraiti müşahidə olunur. Noyabrın 2-də rayonun İlisu kəndində dağlara qar yağıb.