Qax sakini küçədə tanımadğı şəxs tərəfindən bıçaqlanıb

14:01 | 3 Noyabr, 2019

Qaxda bıçaqlı şəxs 53 yaşlı kişiyə hücum edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Qax şəhər sakini, 1966-cı il təvəllüdlü Vaqif Feyzulla oğlu Nəbiyev sol əlin kəsilmiş bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bildirilir ki, Qax RMX-nın Cərrahiyyə şöbəsində müalicə alan V.Nəbiyev axşam saatlarında xəstəxanadan evə gedərkən yolda tanımadığı bıçaqlı şəxsin hücumuna məruz qalıb. V.Nəbiyev özünü müdafiə edən zaman sol əlindən bıçaq xəsarəti alıb. V.Nəbiyevə lazımi tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov