Qax rayon Heydər Əliyev Mərkəzində ”Azərbaycan bayrağı” adlı seminar keçirilib

02:00 | 12 Noyabr, 2019

Bayraq günü münasibətilə mərkəzimizdə silsilə tədbirlər keçirilmişdir.Belə tədbirlərin davamı olaraq, 8 noyabr 2019-cu il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində “9 noyabr Bayraq günü” münasibətilə ” Azərbaycan bayrağı” adlı seminar təşkil olunmuşdur.Seminarı giriş sözü ilə mərkəzin direktoru Nərminə Omarova açaraq Ulu Öndərimizin bayraq haqqındakı fikirlərini söylədi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra,“Azərbaycan bayrağı” adlı video-rolik nümayiş olundu. Mərkəzin elmi işçisi Sayadlı Aygün məruzə ilə çıxış etdi. Daha sonra söz məruzə ətrafında çıxışlarla tədbirimizin qonaqlarından olan Qax rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Günel Məmmədovaya, Şəki Regional Mədəniyyət idarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizovaya, rayon 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Nəsibova Rahiməyə verildi.Çıxışlardan sonra söz auditoriyaya verildi.Tədbirdə iştirak edənlər bayrağa olan münasibətlərini bildirdilər.Tədbirin sonunda mərkəzin direktoru Nərminə xanım hər kəsə tədbirdə iştirakına görə öz təşəkkürünü bildirdi.