Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədova Bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

09:06 | 14 Noyabr, 2019

Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan UGİM (Qax) komandasının məşqçisi, Respublikanın Əməkdar Məşqçisi Dilarə Əhmədova 23 Dekabr Bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək.

Qax.org.az xəbər verir ki, bununla bağlı sənədlərini Dairə Seçki Komissiyasına təqdim edən Dilarə Əhmədova artıq imzatoplama prosesindədir və yaxın günlərdə zəruri sayda imzaları DSK-a təqdim edəcək.

Qeyd edək ki, 23 Dekabr tarixində Qax rayonu üzrə 18 bələdiyyəyə 166 üzv seçiləcək. Səsvermə dairənin rayon ərazisində fəaliyyət göstərən 58 seçki məntəqəsində keçiriləcək.