Qaxda indiyədək 10 min 940 hektar sahədə taxıl əkilib

22:14 | 2 Dekabr, 2019

Qax rayonunun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 8 min 160 hektarı buğda, 2 min 780 hektarı arpa olmaqla, 10 min 940 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 14 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Sektor müdiri bildirib ki, payızlıq dənlilərin əkini üçün indiyədək fermer təsərrüfatlarında 13 min hektaradək sahədə şum aparılıb.

Rayonda tütün yığımı isə yekunlaşmaq üzrədir. İndiyədək fermerlər 522,4 ton quru tütün istehsal ediblər.

Facebookda şərh edin