23 Dekabrda namizədlərdən kimi bələdiyyə üzvü görmək istəyirsiz? – Qax.org.az saytı onlayn sorğu keçirir

05:40 | 5 Dekabr, 2019

23 Dekabr 2019-cu il tarixində Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. 112 saylı Qax seçki dairəsində 18 bələdiyyəyə 166 üzv seçiləcək. Səsvermə dairənin rayon ərazisində fəaliyyət göstərən 58 seçki məntəqəsində keçiriləcək.

Artıq bələdiyyə üzvlərinin seçki təbliğat-təşviqat kampaniyası keçirilməkdədir. Bunu nəzərə alan Qax.org.az portalı Qax rayonunda bələdiyyələrə namizədliyi qeydə alınmış şəxsləri seçicilərə tanıtmaq və eyni zamanda seçici fəallığını artırmaq məqsədilə onlayn sorğu keçirmək qərarına gəlib. Hər bir bələdiyyə üzrə namizədlərin adları tərtib olunub və Qax sakinlərinə həmin namizədlərdən kimə səs verəcəkləri barədə sual ünvanlanıb. Beləliklə aşağıdakı bələdiyyələrin üzərinə tıklamaqla hansı namizədə səs verəcəyini seçə bilərsiniz.

Sorğu 19 Dekabra qədər davam edəcək və sonda nəticələr elan olunacaq.

  1. Ağyazı bələdiyyəsi
  2. Almalı bələdiyyəsi
  3. Böyük Alatəmir bələdiyyəsi
  4. Cəlayir bələdiyyəsi
  5. Əlibəyli bələdiyyəsi
  6. Əmircan bələdiyyəsi
  7. Güllük bələdiyyəsi
  8. İlisu bələdiyyəsi
  9. Ləkit bələdiyyəsi
  10. Qaşqaçay bələdiyyəsi
  11. Qax bələdiyyəsi
  12. Qaxbaş bələdiyyəsi
  13. Qıpçaq bələdiyyəsi
  14. Qorağan bələdiyyəsi
  15. Qum bələdiyyəsi
  16. Tasmalı bələdiyyəsi
  17. Turaclı bələdiyyəsi
  18. Zəyəm bələdiyyəsi