Tanınmış qaxlı həkimdən balaca şahmatçımız Xanım Balacayevaya dəstək

16:19 | 5 Dekabr, 2019

Əslən Qax rayonundan olan tanınmış həkim, Hepatobiliar və Transplantasiya (Qaraciyər və Böyrək) Cərrrahı Eldar Əhmədov Qaxın yeniyetmə şahmatçısı Xanım Balacayeva ilə görüşüb. Bu barədə özünün Facebook səhifəsində paylaşım edən Eldar Əhmədov şahmatçı qız barədə ürək sözlərini bölüşüb: “Qaxın fəxr ediləcək insanı Balacayeva Xanım. Atası Əsəd Balacayev uşaqlıq dostum və qonşum. Gənc yaşda Qrossmeyster. Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu. Daha yazmadığım çoxlu nailiyyətləri. Halal olsun.”

Facebookda şərh edin