Parlament seçkilərində şok sürpriz: Paşa Məmmədov və Cuma Əhmədzadə ittifaqı olacaq?!

17:32 | 6 Dekabr, 2019

9 Fevral Milli Məclisə növbədənkənar seçkilər yaxınlaşdıqca ölkə boyu Parlamentə iddia edən şəxslərin fəallığı müşahidə olunur. 112 saylı Qax seçki dairəsində də Milli Məclisə potensial namizədlər barədə məlumatlar daxil olmaqdadır. Ötən gün Qax.org.az saytında dərc edilən “9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə Qaxdan potensial namizədlər kimlərdir?” yazısından sonra Qax rayonunda bu mövzuda diskussiyalar daha da intensivləşib.

Bugün isə Paşa Məmmədov özünün Facebook səhifəsində sürpriz bir paylaşım edib. Parlament seçkilərində Cuma Əhmədzadəni dəstəkləməyə hazır olduğunu açıq şəkildə bəyan edən Paşa Məmmədov hətta seçkilərdə namizəd kimi iştirakdan imtina edərək, Cuma Əhmədzadəyə kömək edə biləcəyini bildirib.

Görünən odur ki, Parlament seçkilərində Paşa Məmmədov və Cuma Əhmədzadənin bir ittifaqda birləşəcəyinin şahidi olacağıq. Bu birliyin isə məhz kimə qarşı olacağını ancaq zaman göstərəcək.