“Atılan adamlar olar ha, elə yaşayırıq”, – yola, suya, qaza həsrət Qax sakinləri icra başçısından narazıdır

23:47 | 6 Dekabr, 2019

Günel Səfər, Aygül Mehman, BBC News Azərbaycanca

Qax rayonunun Kiçik Alatəmir və Tanqıt kəndlərinin oxşar dərdləri var. Su, qaz, rabitə və telekommunikasiya, yol kimi problemlər Kiçik Alatəmir kəndində əhalinin azalmasına səbəb olub.

Çoxları ya Qaxın özünə, ya da başqa kəndlərinə köçüblər. Gedənlər gedib, qalanlar isə problemlərlə mübarizə aparır. İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini deyən kənd sakinləri icra başçısı Musa Şəkiliyevin fəaliyyətdən narazılıqlarını ifadə ediblər.