Qax rayonunun fəal qadınları 10 Dekabr İnsan Haqları Gününü qeyd ediblər

14:29 | 10 Dekabr, 2019

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT ilə birgə həyata keçirəcəyi “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyası çərçivəsində Qum kəndində təşkil olunmuş tədbirdə YAP Qax rayon Təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova, Qum kənd Qadınlar şurasını sədri Xatirə Şahmalıyeva, VVAQ-nin Qax rayon üzrə rəhbəri, hüquqşünas Kəmalə xanım Şükürova, MKS -in direktoru Güllü Əhmədova, 6 nömrəli körpələr evinin müdiri Ceyhunə Lətifova, Azərbaycan Yazıçılar Birliyinin üzvü , şairə Solmaz Elqızı, kənd ziyalıları, kitabxana əməkdaşları, evdar xanımlar iştirak ediblər.

Facebookda şərh edin