Qax rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən daim bizimləsən” adlı tədbir keçirilib

18:20 | 10 Dekabr, 2019

Tədbirdə Qax rayonu icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa xanım Heydərova, rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhər məktəblərinin direktorları – Səkər Abdullayeva, Mədinə Heydərova, Sevil Əsgərova, Soltan Hacıyev, Qalina Şəfiyeva, tarix müəllimləri və ŞRMİ baş məsləhətçisi Dilarə Əzizova, MM direktoru Kəmalə Məcidova, MKS direktoru Güllü Əhmədova, Heydər Əliyev mövzusunda respublika inşa yazı müsabiqəsinin qalibləri iştirak ediblər.

Tədbir zamanı hər kəs dahi şəxsiyyət Heydər Əliyevi hörmət və sayğı ilə yad ediblər.

Facebookda şərh edin