Qaxlı aktyordan növbəti uğur – Türkiyənin məşhur “Kimse bilmez” serialında rol aldı

23:57 | 11 Dekabr, 2019

Qax rayonun gənc və istedadlı aktyoru Şəmsəddin Quliyevin səs-sorağı yenə qardaş Türkiyədən gəlib. Türkiyənin şou-biznesinə qatılan qaxlı aktyor bu dəfə ATV Türkiyə kanalında yayımlanan “Kimse bilmez” adlı seriala çəkilib. Qeyd edək ki, bu serialın Azərbaycanda da izləyici kütləsi xeyli çoxdu. Şəmsəddin Quliyev bundan başqa Star TV-də yayımlanan “Çocuk”, Fox TV-də yayımlanan “Kadın”, “Ferhat İle Şirin” seriallarındada rol alıb. Həmən görüntüləri sizə təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəmsəddin Quliyev Akademik Milli Dram Teatrında çalışıb. Hazırda Qax Xalq Teatrında çalışan istedadlı aktyor sonuncu dəfə Bozbaş Pictures filmindəki rolu ilə sosial şəbəkələrdə populyarlıq qazanmışdı.