Əhməd Şahidov 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olacağını açıqladı

16:56 | 12 Dekabr, 2019

Əslən Qaxdan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov 9 Fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcəyini və 112 saylı Qax seçki dairəsindən deputatlığ namizədliyini irəli sürəcəyini bəyan edib. Bu barədə özünün Facebook səhifəsində paylaşım edən Əhməd Şahidov gələn həftənin ilk günü sənədlərini Dairə Seçki Komissiyasına təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Əhməd Şahidovun bu dəfə Qaxdan deputat seçilmək şansları çox böyükdür. Belə ki, 2015-ci il seçkilərində Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi nəticələrə görə, 2-ci yerdə qərarlaşan Əhməd Şahidovun son illərki fəaliyyəti, xüsusən də beynəlxalq təşkilatlarda Azərbaycan dövlətini müdafiə edən çıxışları onun növbəti dəfə seçkilərdə inamlı qələbə azanacağı ehtimallarını artırır.

Facebookda şərh edin