Ulu Öndər Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb

21:18 | 12 Dekabr, 2019

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on altıncı ildönümü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

Dekabrın 12-də əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları azərbaycanlı olması ilə həmişə fəxr edən Ümummilli Liderin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu bildiriblər. Vurğulanıb ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.

Facebookda şərh edin