Qum bələdiyyəsi üzvlüyünə namizədlərin təbliğat-təşviqat materialları yararsız hala salınıb

23:27 | 12 Dekabr, 2019

112 saylı Qax seçki dairəsinin ərazisində yerləşən Qum bələdiyyəsi üzvlüyünə namizədlərdən bəzilərinin seçki təbliğat-təşviqat materialları yararsız hala salınıb. Bu barədə Qax.org.az saytının redaksiyasına namizədlərin özləri məlumat verib. Onların sözlərinə görə, Qum bələdiyyəsi əraizisində divarlara yapışdırılan təbliğat posterlərinin bir çoxu cırılıb, deşilib və yararsız hala salınıb.

Qax.org.az xəbər verir ki, 23 Dekabr tarixində Qax rayonu üzrə 18 bələdiyyəyə 166 üzv seçiləcək. Səsvermə dairənin rayon ərazisində fəaliyyət göstərən 58 seçki məntəqəsində keçiriləcək.

Facebookda şərh edin