Facebookda növbəti onlayn sorğuda nəticələr məlum oldu: Aynur Sofiyeva da Əhməd Şahidova məğlub oldu

01:21 | 15 Dekabr, 2019

Xəbər verildiyi kimi, Qax.org.az saytının Facebook səhifəsində (www.facebook.com/qax.org.az/) Dekabrın 10-dan etibarən onlayn sorğuya start verilib. 5 gün ərzində davam edən onlayn sorğuda Aynur Sofiyeva və Əhməd Şahidovdan kimin 9 Fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə daha çox səs qazanacağı və Qax sakinlərinin bu iki şəxsdən kimə səs verəcəyi soruşulub.

Onlayn səsvermədə 190 nəfər iştirak edib və onlardan 54 nəfəri (28%) Aynur Sofiyevaya və 136 nəfəri (72%) isə Əhməd Şahidova səs verib.

Göründüyü kimi, Əhməd Şahidov böyük səs çoxluğu ilə növbəti sorğunun da qalibidir.

Onlayn sorğumuz isə davam edir. Bu dəfə sorğumuzun iştirakçıları REAL Partiyasının funksioneri, əslən Qaxdan olan siyasətçi Şamil Qarəhmədov və YAP üzvü, Respublikanın Əməkdar Məşqçisi, “Tərəqqi” medallı Dilarə Əhmədovadır. 15 Dekabrdan start götürən onlayn sorğu 20 Dekabr gününə qədər davam edəcək.

Zəruri qeyd: Qax.org.az saytı sorğuda iştirak edən bütün iştirakçılara eyni münasibət bəsləyir, onların hər birinin Qax rayonu və qaxlılar üçün dəyərli şəxslər olduğunu bəyan edir. Bütü iştirakçılara uğurlar arzulayırıq.

Facebookda şərh edin