Professor Amin Babayev Milli Məclisə seçkilərdə namizəd olmayacağını açıqladı

21:46 | 15 Dekabr, 2019

Ötən gün Qax.org.az saytının Facebook səhifəsində əslən Qaxdan olan dəyərli ziyalımız, professor Amin Babayevin 9 Fevral 2020-ci il tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Qaxdan deputatlığa namizəd olacağı barədə ehtimalımızı yazmışdıq. Bundan sonra professor Amin Babayev yazılanları təkzib edib və artıq 70 yaşının olması ilə əlaqədar seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

Qeyd edək ki, professor Amin Babayev 2005-ci ildə keçirilmiş Parlament seçkilərində 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd olmuş və yerli camaatın böyük rəğbətini qazanmışdı. Dəyərli ziyalımıza can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.