Facebookda növbəti onlayn sorğuda nəticələr məlum oldu: Dilarə Əhmədova Şamil Qarəhmədova məğlub oldu

11:06 | 20 Dekabr, 2019

Xəbər verildiyi kimi, Qax.org.az saytının Facebook səhifəsində (www.facebook.com/qax.org.az/) Dekabrın 15-dən etibarən onlayn sorğuya start verilib. 5 gün ərzində davam edən onlayn sorğuda REAL Partiyasının funksioneri, əslən Qaxdan olan siyasətçi Şamil Qarəhmədov və YAP üzvü, Respublikanın Əməkdar Məşqçisi, “Tərəqqi” medallı Dilarə Əhmədovadan kimin 9 Fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə daha çox səs qazanacağı və Qax sakinlərinin bu iki şəxsdən kimə səs verəcəyi soruşulub.

Onlayn səsvermədə 437 nəfər iştirak edib və onlardan 337 nəfəri (77%) Şamil Qarəhmədova və 100 nəfəri (23%) isə Dilarə Əhmədovaya səs verib.

Göründüyü kimi, Şamil Qarəhmədov bu dəfəki sorğunun qalibidir. Növbəti sorğuda Şamil Qarəhmədov və “Müsavat” partiyasının deputatlığa namizədi Limunət Əmrahlı yarışacaqlar.