İcra başçısı Musa Şəkiliyev Tasmalı kəndininin sakinləri ilə görüş keçirib

10:52 | 21 Dekabr, 2019

17 dekabr 2019-cu il tarixdə rayonun Tasmalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olmuşdur. Müraciətlər içməli su probleminin həllinə köməklik göstərilməsi, kəndin yeni yaşayış massivindəki küçənin təmir olunması, kəndin yeni yaşayış massivindəki elektrik transfarmatorunun yenisi ilə əvəz olunması, kənddən Zaqatalanın Suvagil kəndinə gedən yolun təmir olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.