Qax Dövlət Kukla Teatrı Yeni il münasibətilə uşaqlara xüsusi bayram proqramı təqdim edəcək

09:44 | 25 Dekabr, 2019

Qax Dövlət Kukla Teatrında Yeni il münasibətilə uşaqlar üçün maraqlı bayram proqramı hazırlanır.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram şənliklərinə dekabrın 31-də start veriləcək. Xüsusi proqram əsasında hazırlanan tamaşanın əvvəlində Yeni ilin personajları – Şaxta baba ilə Qar qız uşaqları bayram münasibətilə təbrik edəcəklər.

Sonra uşaqlar “Günəş və qar adamları” nağıl-tamaşaya baxacaqlar. Tamaşanın rejissoru Araz Mehrablı, musiqi tərtibatçısı Nicat Fətəliyev, rəssamı Günel Babayevadır. Rollarda Azər Kərimov, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayacaqlar.

Teatrda bayram şənlikləri yanvarın 4-dək davam edəcək.

Facebookda şərh edin