Qax Peşə Məktəbinin müəllimi mənimsəmə faktlarını təsdiq etdi

01:14 | 26 Dekabr, 2019

Bir-neçə gün bundan əvvəl Qax.org.az saytında “Qax Peşə Məktəbinin direktoru Kamal Muxtarlı barədə şikayətlər artır – tələbələrin təqaüdlərini mənimsəmə faktları” başlıqlə məqalə dərc etmişdik. Həmin yazı sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Bir çox qaxlılar Qax Peşə Məktəbindəki həmin qanunsuzluqlar barədə şərhlər yazıblar.

Diqqəti çəkən şərhlərdən biri də Qax Peşə Məktəbinin müəllimi Namiq Mantaşovun yazdığı fikirlərdir. Belə ki, külli miqdarda mənimsəmə faktlarını təsdiq edən Namiq Mantaşov Qax.org.az saytında dərc edilən məqalədə öz əksini tapan faktların yeni olmadığını, mənimsəmə faktlarının hamıya bəlli olduğunu və qanun pozuntuları barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğunu bildirib.

Ümumiyyətlə, həmin yazıdan sonra Qax.org.az saytının elektron poçtuna Qax Peşə Məktəbindəki qanun pozuntuları barədə daha geniş faktlar daxil olub. Məsələni diqqətdə saxlayacayıq.

Facebookda şərh edin