Facebookda növbəti onlayn sorğuda nəticələr məlum oldu: Şamil Qarəhmədov növbədi dəfə qalib oldu

13:21 | 26 Dekabr, 2019

Xəbər verildiyi kimi, Qax.org.az saytının Facebook səhifəsində (www.facebook.com/qax.org.az/) Dekabrın 20-dən etibarən onlayn sorğuya start verilib. 5 gün ərzində davam edən onlayn sorğuda REAL Partiyasının funksioneri, əslən Qaxdan olan siyasətçi Şamil Qarəhmədov və “Müsavat” partiyasının üzvü, tanınmış psixoloq Limunət Əmrahlıdan kimin 9 Fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə daha çox səs qazanacağı və Qax sakinlərinin bu iki şəxsdən kimə səs verəcəyi soruşulub.

Onlayn səsvermədə 95 nəfər iştirak edib və onlardan 60 nəfəri (63%) Şamil Qarəhmədova və 35 nəfəri (37%) isə Limunət Əmrahlıya səs verib.

Göründüyü kimi, Şamil Qarəhmədov bu dəfə də sorğunun qalibidir.