Qaxda fermada 45 yaşlı kişi meyiti tapılıb

20:57 | 31 Dekabr, 2019

Qaxda kişi meyiti tapılıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, meyit rayonun Alatəmir kəndi ərazisində yerləşən fermada aşkarlanıb.

Meyitin Qax rayon sakini 1974-cü il təvəllüdlü Şıxəmirov Məhərrəm Şəmsəddin oğluna aid olması məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin