Qaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb

19:49 | 3 Yanvar, 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Lənkəran-Astara zonasında 7-29, Böyük Qafqazda 2-14, Mərkəzi Aran rayonlarında 1-4, Qazax-Gəncə zonasında 1- 3, Kiçik Qafqazda 1-2 , Naxçıvan Muxtar Respublikasında – Ağdərədə 1 millimetr olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) və Kişçayda (Şəki) 15, Xaltanda (Quba) 9, Şamaxıda 8, Şahdağda 7, Altıağacda 6, Qırızda 5, Xınalıq, Mərəzədə 4, Ağdərə, Göygöldə 2, Qusar, Gədəbəy, Qubada 1 santimetrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7°, Aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11°şaxta təşkil edib.