Qaxda qəza törədən avtomobil yanacaq-doldurma məntəqəsinə çırpılıb

23:54 | 5 Yanvar, 2020

Qax rayonunda iki minik avtomobili toqquşub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Zərbənin gücündən “Hyundai” ərazidə olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin qiymət panelinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin