Bu il Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq

18:16 | 7 Yanvar, 2020

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2020-ci ildə Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Direktor bildirib ki, bu il teatrın səhnəsində “Turp” rus xalq nağılı, həmçinin Xanımana Əlibəylinin “Meşə həkimi”, fransız yazıçısı Şarl Peronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri tamaşaya qoyulacaq.

Yaradıcı kollektiv “Turp” tamaşası üzərində məşqlərə yaxın günlərdə başlayacaq.