Qax rayonu sakini Tovuzda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb

22:50 | 8 Yanvar, 2020

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, dəmir boru yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində Qax rayon sakini, 1968-ci il təvəllüdlü İslam Rəhimov, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Röyal Abdullayev və Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Elgiz Əliyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.