İcra başçısı Musa Şəkiliyev Cəlayir kəndininin sakinləri ilə görüş keçirib

15:52 | 9 Yanvar, 2020

8 yanvar 2020-ci il tarixdə Cəlayir kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kəndin qəzalı elektrik dirəklərinin və transfarmatorlarının dəyişdirilməsi, əlavə artezyan quyusunun qazılması, kənd məktəbində cari təmir işlərinin aparılması, məktəbin istilik sisteminin yenidən qurulması ilə bağlı olmuşdur.

Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Facebookda şərh edin