Son illər Qax rayonunda 74 subartezian və artezian quyusu qazılıb

18:10 | 9 Yanvar, 2020

Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonunda 72 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində ötən il rayonun Güllük və Baydarlı kəndlərində daha iki artezian quyusu qazılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, torpaqların su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə təkcə 2019-cu ildə Qax rayonunun ərazisində 14 subartezian quyusu qazılıb. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu, həmçinin minlərlə sakinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Facebookda şərh edin