Müğənni Vüqar Muradov qəzaya düşməsi xəbərini təkzib edib

20:38 | 9 Yanvar, 2020

“Hazırda atamın Qax rayonundakı evindəyəm, sağ-salamatam”

Bu barədə “Report”un Şimal-qərb bürosunun müxbirinə müğənni Vüqar Muradov özü məlumat verib.

O, bildirib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir: “Ailə üzvlərimizlə oturmuşuq. Həmin hadisə ilə bağlı sosial şəbəkədən məlumat almışam. Qəza xəbərində yayılan fotonun mənə oxşarlığı var. O cümlədən qəzaya düşən şəxsin adı Vüqar, soyadı da Muradovdur. Belə oxşarlıq sadəcə bir təsadüfdür. Yenə də deyirəm – hazırda doğulub boya-başa çatdığım Qax rayonundayam”.

Qeyd edək ki, sosial şəbəkələrdə mügənni Vüqar Muradovun qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.