Seçkiqabağı təşviqat tədbirləri Qax rayonunda məhz bu yerlərdə keçiriləcək

18:03 | 10 Yanvar, 2020

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib. 112 saylı Qax seçki dairəsi üzrə Qax Olimpiya İdman Kompleksinin stadionu və Qax rayon Mədəniyyət evində seçkiqabağı təşviqat tədbirləri keçiriləcək.