Qax Gənclərin İnkişaf və Karyera Mərkəzi könüllülər üçün maraqlı layihələr reallaşdırır

19:45 | 15 Yanvar, 2020

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzində “Gənc istedad” adlı layihənin icrasına başlanılıb.

Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində incəsənət sahəsinə marağı olan gənclər rayonun gənc və istedadlı aktyoru Şəmsəddin Quliyevlə görüşüblər.

Aktyor gənclərə yaradıcılığı, teatrda oynadığı rollar və kino sahəsindəki fəaliyyəti barədə məlumat verib, aktyorluq sənətinə yiyələnmək istəyən gənclərə tövsiyələrini bildirib.

Mərkəzin direktorunun sözlərinə görə, növbəti günlərdə “Kitab klubu”, “Könüllü qonaq” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Facebookda şərh edin