“Qaxımızın turizm potensialını dünya bazarlarına çıxara bilərik” – Əhməd Şahidovdan növbəti müraciət

10:12 | 18 Yanvar, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu İlisu kəndində olub və ümumən Qaxın turizm potensialı barədə video müraciət ünvanlayıb. Dünya turizm bazarını Qax rayonuna cəlb etməyin zəruriliyini qeyd edən deputatlığa namizəd dağlıq bölgə olan Qax rayonunun turizm potensialından səmərəli istifadənin vacibliyini qeyd edib və xüsusən də qış turizminin inkişafı üçün Qaxda bütün şəraitin olduğunu bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com