İcra başçısı Musa Şəkiliyev Zəyəm kəndininin sakinləri ilə görüş keçirib

00:56 | 20 Yanvar, 2020

14 yanvar 2020-ci il tarixdə Zəyəm kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənddaxili yollara asfalt örtüyünün çəkilməsi, kənddə içməli su probleminin həlli ilə bağlı əlavə artezyan quyusunun qazılması, kəndin yeni yaşayış massivinə telefon xəttinin çəkilməsi, lizinq yolu ilə mal-qara alınması və subsidiyaların verilmə qaydaları haqda maarifləndirmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.