Qaxda 20 Yanvar faciəsini anılıb – icra başçısı Musa Şəkiliyev əsgərlərlə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib

14:11 | 20 Yanvar, 2020

20 Yanvar faciəsinin 30-cu ildönümü Qax rayonunda ehtiramla qeyd edilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, mərasimdə Qax Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti rayonun Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətçilər Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarına qırmızı qərənfillər düzüb, onları ehtiramla yad ediblər. Tədbirdə 20 Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışılıb, xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirilib.

Xatırladaq ki, 20 Yanvar faciəsi zamanı Qax rayonundan 1 nəfər xəsarət alaraq əlil olub.