Qaxda beşotaqlı ev yanıb

00:16 | 24 Yanvar, 2020

Qax rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə rayonun Lələli kəndində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Nəticədə beşotaqlı ev yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Facebookda şərh edin