Qax Gənclərin İnkişaf və Karyera Mərkəzi maraqlı layihələr həyata keçirir

00:42 | 24 Yanvar, 2020

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən İntellektual oyunlar klubu yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq üçün maraqlı layihələr həyata keçirir.

Klubun təşkilatçılığı ilə yanvarın 22-də Mərkəzdə növbəti yarış təşkil olunub.

Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində keçirilən “Xəmsə” və “Nə? Harada? Nə zaman?” intellektual oyunlarda 20-dən çox gənc könüllü öz bilik və bacarığını nümayiş etdirib. Yarışın yekun nəticələrinə əsasən, “Xəmsə” intellektual oyununda “Bayraq”, digər oyunda isə “Zadəgan” komandasının gənc könüllüləri qalib gəliblər.

Mərkəzin direktorunun sözlərinə görə, növbəti günlərdə “Veloklub”un yaradılması, “Quşlar evsiz qalmasın”, “Səhnəni qur” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Facebookda şərh edin