Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb – FOTO

00:08 | 25 Yanvar, 2020

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Şimal-qərb bürosunun məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Opel” və “VAZ” markalı avtomobillər yolda hərəkətdə olan zaman toqquşub. Nəticədə “VAZ” markalı avtomobildə olan sərnişinlər – rayonun Tasmalı kənd sakini, 1954-cü il təvəllüdlü Kərimova Çimnaz Nəzir qızı və Lələpaşa kənd sakini, 1991-ci il təvəllüdlü Əzizxanov Ruhi Telman oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin