Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib – vəziyyəti orta ağırdır

03:49 | 29 Yanvar, 2020

Qax rayonunda 4 yaşlı uşaq dərmandan zəhərlənib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Cəlayir kənd sakini, 2016-cı il təvəllüdlü İbrahimli Bəhruz Əvəz oğlu zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.