“Deputatın fotosunu ilk dəfə internetdə görmüşük” – Qax rayonu Əmircan kəndində gənclər işsizdir

21:14 | 3 Fevral, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Əmircan kəndində olub və kənd gəncləri ilə ayaqüstü görüş keçirib. Kəndin qayğıları ilə yaxından maraqlanan Əhməd Şahidov gənclərin məşğulluq məsələsi və ailə vəziyyəti ilə maraqlanıb. Əmircan kəndində gənclərin işsizlikdən əziyyət çəkdiyi və deputatı ümumiyyətlə son 20 ildə görmədikləri məlum olub.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Facebookda şərh edin