“Alimlər yurdunda bir nəfər yoxmu Qaxı Parlamentdə təmsil etsin?” – Oncallı kənd sakinləri ilə görüş

16:26 | 5 Fevral, 2020

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Oncallı kəndində olub və kənd ağsaqqalları və gəncləri ilə görüş keçirib. Kənd çayxanasında baş tutan görüş zamanı sakinlərin qayğıları ilə maraqlanan Əhməd Şahidova məlumat verilib ki, Oncallı kəndinin ən böyük problemi qaz təminatı, işıq dirəkləri, kənd yolları və gənclərin məşğulluq məsələsi ilə bağlıdır. Oncallı kənd sakinləri seçkilərdə əslən Qaxdan olan namizədə səs verəcəklərini deyir və Parlamentdə Qaxı özümüz təmsil etməliyik deyə düşünürlər.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com