YAP-ın Qaxdan deputatlığa namizədi rəqibi Azər Kərimlini təbliğ edir

20:53 | 6 Fevral, 2020

112 saylı Qax seçki dairəsi ölkə boyu ən gərgin seçki kampaniyası keçən dairələrdən sayılır. Hazırda 9 nəfər deputatlığa namizədin olduğu 112 Qax seçki dairəsində kütləvi qanun pozuntuları barədə məlumatlar daxil olmaqdadır.

Ən qəribəsi odur ki, YAP-ın 112 saylı Qax seçki dairəsindən deputatlığa namizədi Mahir Əfəndi ümumiyyətlə öz təbliğat-təşviqatını aparmır, əksinə sosial şəbəkələrdə Azər Kərimlinin xeyrinə paylaşımlar edir, eyni zamanda Azər Kərimlinin ən çox çəkindiyi rəqibi, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidova qarşı təhqiredici kampaniya aparır. Mahir Əfəndinin bu paylaşımları Qax sakinləri tərəfindən kəskin etirazla qaşrılanıb və onlar bu barədə öz etirazlarını bildiriblər.

Ölkə başçısı İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının Qaxdan deputatlığa namizədinin belə iyrənc kampaniyada vasitəçi olması YAP-ın imicinə böyük zərbədir.

Qax.org.az-ın əldə etdiyi məlumata görə, bu iyrənc təbliğatı aparması üçün Mahir Əfəndiyə Qax rayon İcra Hakimiyyətindən tapşırıq verilib. Məsələni diqqətdə saxlayacağıq.

Facebookda şərh edin