Qax şəhər 2 saylı orta məktəbin direktoru: “Mənim məktəbimdə qutudan Azər Kərimli çıxmalıdır”

17:37 | 7 Fevral, 2020

112 saylı Qax seçki dairəsində seçki həyəcanı artmaqdadır. Ölkə boyu ən çox neqativ halların müşahidə olunduğu rayon məhz Qaxdır.

Ötən gün Qax.org.az saytına daxil olan məlumata görə, Qax şəhər 2 saylı orta məktəbin direktoru Şəkər Abdullayeva rəhbərlik etdiyi təhsil müəssisəsinin müəllim kollektivini bir yerə toplayaraq, seçkilər barədə ciddi tapşırıq verib. Məktəb direktoru müəllimlərə açıq şəkildə bəyan edib ki, Qax şəhər 2 saylı orta məktəbdə seçkilərin qalibi indidən məlumdur. Qax rayon İcra Hakimiyyətindən bu barədə ciddi tapşırıq aldığını deyən Şəkər Abdullayeva həmin məktəbdə “qutudan Azər Kərimlinin çıxacağını” bildirib.

Faktla bağlı tərəfimizdən araşdırma aparılır və Təhsil nazirliyinə məlumat göndərmişik.