Milli Məclisə seçkilərdə Qax sakinlərinin favoriti bəlli oldu – onlayn sorğunun nəticələri

05:23 | 8 Fevral, 2020

Xəbər verildiyi kimi, 16 Yanvar tarixindən etibarən Qax.org.az saytında “112 saylı Qax seçki dairəsindən deputatlığa namizədlərdən kimə səs verəcəksiniz?” başlıqlı onlayn sorğu keçirilir. Qax sakinlərin arasında keçirilən bu sorğu bugün bitib və nəticələr açıqlanıb.

23 gün davam edən onlayn sorğunun nəticələrinə görə, Şahidov Əhməd Şair oğlu Qax sakinlərinin Milli Məclisdə görmək istədikləri namizəddir. 2046 nəfər arasında baş tutan səsvermədə 698 nəfər, yəni ümumi seçicilərin 34% məhz Əhməd Şahidovu Qaxın növbəti deputatı görmək istəyirlər.

Qax.org.az saytı olaraq, bütün namizədlərə uğurlar arzulayır və Qax sakinlərindən seçkilərdə fəal olmağı xahiş edirik.

112 saylı Qax seçki dairəsindən deputatlığa namizədlərdən kimə səs verəcəksiniz?

  • ŞAHİDOV ƏHMƏD ŞAİR oğlu (34%, 698 Səs)
  • ƏHMƏDOVA ARZU LƏTİF qızı (22%, 452 Səs)
  • HƏŞİMOV ABİDDİN ABDULLA oğlu (14%, 281 Səs)
  • KƏRİMLİ AZƏR ŞƏMŞİD oğlu (13%, 264 Səs)
  • QARƏHMƏDOV ŞAMİL CAMİL oğlu (13%, 256 Səs)
  • ƏFƏNDİ MAHİR QALİB oğlu (2%, 32 Səs)
  • DƏMİRÇİYEV NƏRİMAN MƏHƏRRƏM oğlu (1%, 23 Səs)
  • ƏMRAHLI LİMUNƏT ŞƏFİ qızı (1%, 22 Səs)
  • POLADOVA DİLŞAD ZƏKƏRİYYƏ qızı (1%, 18 Səs)

Cəmi səs verənlər: 2. 046

Loading ... Loading ...
Facebookda şərh edin