Bu il Qaxda 500 hektarda tütün əkini proqnozlaşdırılır

19:00 | 8 Fevral, 2020

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 500 hektar sahədə tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən artıq sadə şitilxanaların hazırlanması işlərinə başlanılıb və fevralın ortalarında şitilxanalara toxum səpiləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən 8500 kvadratmetr sahədə şitilxanaların hazırlanması planlaşdırılır. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.

Facebookda şərh edin