112 saylı Qax DSK seçki fırıldaqları hazırlayıb – sonradan pozulan qələmlərdən istifadə

21:30 | 8 Fevral, 2020

9 Fevral günü keçiriləcək Milli Məclisə seçkilərdə ən çox neqativ hallarda adı hallanan dairələrdən biri də 112 saylı Qax seçki dairəsidir. Rayon İcra Hakimiyyətinin təlimatları ilə hərəkət edən 112 saylı Qax DSK sədri Abdukərim Əliyev ən ağlasığmaz fırıldaqlar düşünüb hazırlayıb.

Qax.org.az saytına daxil olan məlumatlara görə, seçki günü səsvermə məntəqələrində seçicilərə təqdim ediləcək qələmlər xüsusi olaraq, gətirilib və sonradan pozula bilən qələmlərdir. Belə ki, seçici məntəqədə istədiyi namizədə səs verdikdən sonra həmin bülletendəki seçimi pozaraq, başqa namizədin adını işarələmək mümkün olacaq. Bu qələmlər xüsusi olaraq, gətirilib və yazılanı sonradan pozmaq xüsusiyyətinə malikdir.

Qax sakinlərindən xahiş edirik ki, səsverməyə gedərkən özləri ilə qələm götürsünlər və səs verdikləri namizədin adının qarşısında öz qələmləri ilə işarələsinlər.