Seçki günü Qaxda “karusellər” ediləcək – Qax Peşə Liseyi və 2 saylı məktəbdə kütləvi saxtakarlıq gözlənilir

22:34 | 8 Fevral, 2020

9 Fevral günü keçiriləcək Milli Məclisə seçkilərdə ən çox neqativ hallarda adı hallanan dairələrdən biri də 112 saylı Qax seçki dairəsidir. Rayon İcra Hakimiyyətinin təlimatları ilə hərəkət edən 112 saylı Qax DSK sədri Abdukərim Əliyev ən ağlasığmaz fırıldaqlar düşünüb hazırlayıb.

Qax.org.az saytına daxil olan məlumatlara görə, seçki günü səsvermə məntəqələrində “karusellər” ediləcək və bu məqsədlə ətraf rayonlardan 150 nəfər bu maxinasiyaya cəlb edilib. Seçki günü əsasən Qax şəhərində yerləşən böyük seçki məntəqələrində – Qax Peşə Liseyin və Qax şəhər 2 saylı orta məktəb, Zəyəm, Tasmalı, Turaclı və Qıpçaq kəndlərində kütləvi “karusellər” həyata keçiriləcək. Bu barədə Qax Peşə Liseyinin direktoru Kamal Muxtarlı və 2 saylı orta məktəbin direktoru Şəkər Abdullayevayə ciddi təlimat verilib. Əldə etdiyimiz məlumata görə, təlimatın Qax rayon İcra Hakimiyyətindən gəldiyi deyilir.

Facebookda şərh edin